“Qarabağ məsələsinin həlli və əvvəllər işğal olunmuş ərazilərin qaytarılması Azərbaycanın Cənubi Qafqaz regionunda konstruktiv rol almasına imkan yaradır”.
Bizim.Media xəbər verir ki, bu fikir Ceymstaun Fondunun baş elmi işçisi Yanuş Buqayskinin “Politico” nəşrində dərc olunan məqaləsində yer alıb.
Müəllif qeyd edib ki, rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ABŞ və Aİ kimi Qərb qüvvələri, eləcə də Türkiyə vasitəçilik prosesində aparıcı rol oynamalıdır.
Onun fikrincə, adıçəkilən ölkələr bölgədə təhlükəsizlik əlaqələrini və iqtisadi qarşılıqlı əlaqəni gücləndirməyə kömək edə biləcək belə bir nizamlanmadan yalnız qazanc əldə edəcəklər.
Məqalədə qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri “etnik təmizləmə” həyata keçirmək məqsədi daşımayıb və bu, beynəlxalq təşkilatların, o cümlədən BMT missiyasının hesabatlarında öz əksini tapıb.
Müəllifin fikrincə, Bakı ilə İrəvan arasında ticarət əlaqələrinin qurulması, Ermənistanla Türkiyə arasında tamhüquqlu diplomatik münasibətlər, eləcə də yeni regional inkişaf proqramının hazırlanması bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.
Ceymstaun Fondunun baş elmi işçisi həmçinin Xəzər hövzəsini Türkiyə və digər ölkələrlə birbaşa birləşdirən mühüm ticarət yolu ola biləcək Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:21 / 18.11.2023
Yanuş Buqayski: “Azərbaycan Cənubi Qafqazda konstruktiv oyunçuya çevrilə bilər”
Hazırda oxunan: Yanuş Buqayski: “Azərbaycan Cənubi Qafqazda konstruktiv oyunçuya çevrilə bilər”
Hazırda oxunan: Yanuş Buqayski: “Azərbaycan Cənubi Qafqazda konstruktiv oyunçuya çevrilə bilər”
164943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.