Abdullah Ağar: “ABŞ regiondakı reallıqları qəbul etməyə məcbur olacaq” – ÖZƏL 

Abdullah Ağar: “ABŞ regiondakı reallıqları qəbul etməyə məcbur olacaq” – ÖZƏL 

Hazırda oxunan: Abdullah Ağar: “ABŞ regiondakı reallıqları qəbul etməyə məcbur olacaq” – ÖZƏL 

164828

“Amerika Birləşmiş Ştatlarında son dərəcə güclü erməni lobbisi var. Erməni lobbisinin ortaya qoyduğu təsirlə 1915-ci il hadisələrini soyqırımı kimi də qəbul etdiriblər. Lobbinin siyasi baxımdan Amerikada təsirini görürük. Onlar Ermənistan vasitəsi ilə Azərbaycan üzərindən Cənubi Qafqazda təsir imkanları yaratmağa çalışırlar”. 

“ABŞ reallığı qəbul etmək məcburiyyətində qalacaq”
 

MÖVZU İLƏ BAĞLI:

Deputatlardan ABŞ-ın Azərbaycana qarşı bəyanatlarına CAVAB – “Bu, ölkəmizə qarşı TƏHDİDDİR”


Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin terrorla mübarizə və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. 

O, Azərbaycanın regionda yaratdığı yeni reallıqların ABŞ kimi bir çox ölkələr tərəfindən qəbul edilmədiyinə diqqət çəkərək, Bakıya qarşı aqressiyaya səbəbin yeni gücün yaranması olduğunu bildirib:

“Rusiya ilə Ermənistan arasında yaşanan gərginlik fonunda Ermənistan üzərindən siyasi strategiya yaradılır. ABŞ Türkiyə ilə Azərbaycanın əməkdaşlığı, Zəngəzur dəhlizi, Türk dünyasının yüksəlişi – bütün bunlara öz nəzarəti altında olduğu təqdirdə icazə verməyi düşünür. Bu gün Türkiyə və Azərbaycanın ortaya qoyduğu strateji layihələr bir çoxlarını xüsusi ehtiyat tədbirləri görməyə məcbur edir. 

Siyasi, coğrafi səbəblər də işin bu nöqtəyə gəlməsinə şərait yaradır. 

Lakin onlar reallıqları qəbul etmək məcburiyyətində qalacaqlar. Onsuz da, 30 il ərzində Minsk qrupundakı vasitəçilər barmaqlarını belə tərpətmədilər. Niyə? Çünki proseslər onların istədikləri kimi gedirdi. Nə vaxt ki, Azərbaycan haqqı olanı aldı, əlbəttə ki, gedişlər dəyişdiyi üçün başqa birilərini oyuna daxil etdilər. Lakin hər şeyə rəğmən reallıqlarımızı gec ya da tez qəbul etmək məcburiyyətində qalacaqlar”, - deyə A.Ağar əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO