“ABŞ-ın Azərbaycana qarşı addımlarına sərt reaksiya verməliyik” – AÇIQLAMA

“ABŞ-ın Azərbaycana qarşı addımlarına sərt reaksiya verməliyik” – AÇIQLAMA

Hazırda oxunan: “ABŞ-ın Azərbaycana qarşı addımlarına sərt reaksiya verməliyik” – AÇIQLAMA

164803

Xəbər verdiyimiz kimi, ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib.
Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Yəni bu sənəd əslində Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.

“Sərt reaksiya verməliyik”

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, yaranmış vəziyyətdə ən düzgün yol ABŞ və onun mövqeyini dəstəkləyənlərə sərt reaksiya verməkdir. Hansı ki, Azərbaycan da bunu edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Deputatlardan ABŞ-ın Azərbaycana qarşı bəyanatlarına CAVAB – “Bu, ölkəmizə qarşı TƏHDİDDİR”


“Hətta ABŞ-ın bu siyasətinə davam edərsə, münasibətlər də kəsilə bilər. ABŞ Senatının verdiyi qərar onun qərəzli mövqe tutduğunu göstərir. Belə birtərəfli yanaşma ilə ABŞ vasitəçilik rolunu da itirə bilər. 

İndi Qərb düşünsün, Azərbaycan və Türkiyənin Rusiya ilə daha çox yaxınlaşması onun maraqlarına nə qədər cavab verir? Digər tərəfdən, Ermənistan İran və Rusiyadan nə qədər uzaqlaşa bilər? Nəzərə alaq ki, Ermənistan bu iki ölkədən iqtisadi baxımdan həddən artıq asılı vəziyyətdədir. Rusiya istənilən vaxt həmin rıçaqlardan istifadə edib, Ermənistanı diz çökdürə bilər ki, bu da öz növbəsində İrəvanın siyasətinin dəyişməsinə gətirib çıxarar. ABŞ bunu görməli və düşünməlidir”. 

Həmsöhbətimiz qeyd edir ki, bu addım Qərbin Azərbaycanı özündən uzaqlaşdırmaq, Bakının həmin məkana yaxınlaşmasına maneə olmaq xəttidir:

“ABŞ Senatının qəbul etdiyi qanun layihəsi Nümayəndələr Palatasında da müzakirə olunmalıdır. Orada qəbul olunduqdan sonra sənədi Prezident imzalamalıdır. Bu iki mərhələdə ümid edək ki ortaya ağıllı qərar verən insan və ya insanlar çıxar. Sənəd güman ki, Nümayəndələr Palatasında da qəbul olunacaq. Ancaq Prezident Bayden çox güman ki, layihəni ciddi şəkildə götür-qoy etmək məcburiyyətində qalacaq. 

Ona görə ki, Senatın qərarı tamamilə yanlış addımdır. 

Çünki bu siyasət Qərbin Azərbaycanı özündən uzaqlaşdırmaq, Bakının həmin məkana yaxınlaşmasına maneə olmaq xəttidir. Hansı ki, bu da ilk növbədə ABŞ və onun müttəfiqlərinin maraqlarına uyğun deyil. Qərar qəbul olunarsa, Azərbaycan son illər ABŞ-dan aldığı hərbi yardımlardan məhrum olacaq. Hərçənd bu yardımların çoxu ABŞ-ın bölgədəki maraqlarına xidmət edir”. 

Ekspert bildirir ki, ABŞ bu addımı ilə açıq şəkildə ermənipərəst mövqe tutduğunu ortya qoydu: 

“44 günlük müharibədən sonra açıq şəkildə ermənipərəst mövqe tutan Vaşinqton hardasa Ukrayna müharibəsi başlayana qədər açıq şəkildə erməniləri dəstəkləməkdə davam etdi. Vaşinqtonun bəyanatlarında ardıcıl olaraq status tələbləri, Azərbaycan əleyhinə böhtan xarakterli bəyanatlar, milli müdafiə haqqında qanunda Bakıya qarşı ünvanlanan ədalətsiz ittihamlar yer almağa başladı. 

Ukrayna müharibəsi başlayandan sonra isə tədricən mövqe dəyişdi. Azərbaycanın Rusiyanı bölgədən çıxarmaq istiqamətində qətiyyətli mövqe tutduğunu görən ABŞ Bakının mövqeyini dəstəkləməyə başladı. Vaşinqton variantı ortaya çıxdı. Praqa və Brüsseldə ciddi uğurlar qazanıldı. Ermənistan ciddi güzəştlərə məcbur edildi. 

Ancaq son aylarda, görünür, Ermənistana kəskin antirusiya mövqeyi tutacağı halda ona münasibətin dəyişəcəyini izah etdilər. Paşinyan da bu tövsiyələrə əməl edərək, Rusiya əleyhinə kəskin bəyanatlar verdi, addımlar atdı. MDB sammitlərinə qatılmadı, KTMT tədbirlərinə getmədi.
Birdən-birə Ukraynaya yardım etmək ağlına gəldi. 

Bu da Qərbdə İrəvan üçün müəyyən dəstəyin qazanılmasına gətirib çıxartdı. BMT Təhlükəsizlik Şurasının son iclasları da göstərirdi ki, Qərb açıq şəkildə ədalətsiz ermənipərəst mövqe tutur. Ermənistan Rusiyanın öndər olduğu qurumları dağıtmağa çalışır. Hansı ki, bu da Vaşinqtonun maraqlarına uyğundur”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO