“Azərbaycan Avrasiyanın nəhəng xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.
O qeyd edib ki, Qarabağ münaqişəsi ATƏT-in bu qurum yaranandan bəri qarşısında duran məsələlərdən biri olsa da, ATƏT bu münaqişəni həll edə bilməyib:
“Minsk Qrupunun həmsədrliyi uğursuzluğa düçar oldu, çünki onun missiyası Azərbaycanın Ermənistan tərəfindən işğalını qorumaq və əbədiləşdirmək idi.
Bu hərbi işğal və ədalətsizlik fəsli bitdi. Ona görə də Ermənistanla Azərbaycan arasında sülh və ikitərəfli münasibətlərin normallaşdırılması indi Azərbaycanın gündəmindədir”.
H. Hacıyev qeyd edib ki, istənilən sülh öhdəliyi hər iki tərəfin üzərinə düşəni etməyi tələb edir və Ermənistan da öz rolunu oynamalı və xoş niyyət nümayiş etdirməlidir:
“İndi regionumuzda yeni reallıqlar və status-kvo yaranıb. Bu yeni reallıqlar ədalət, qanunçuluq və legitimliyə əsaslanır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:15 / 17.11.2023
Hikmət Hacıyev: “Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanın gündəmindədir” - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanın gündəmindədir” - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanın gündəmindədir” - FOTO
164723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.