ABŞ Konqresində Azərbaycana hərbi yardımı qadağan edən qanun layihəsi QƏBUL EDİLİB 

ABŞ Konqresində Azərbaycana hərbi yardımı qadağan edən qanun layihəsi QƏBUL EDİLİB 

Hazırda oxunan: ABŞ Konqresində Azərbaycana hərbi yardımı qadağan edən qanun layihəsi QƏBUL EDİLİB 

164698

ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, qanun layihəsinə əsasən “2023-cü il Ermənistan Müdafiə Aktı”nda nəzərdə tutulan “ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir” bəndi əlavə edilib.

Belə ki, qanun layihəsində Azərbaycan ilə bağlı 907-ci düzəlişdə ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. 

Sənəd senatorlar Bill Kessidi, Robert Keysi, Marko Rubio, Harri Piters, Cin Şeyhin, Co Rikets, Con Kennedi və Kris Van Hollen tərəfindən tərtib edilib. 

Qeyd edək ki, “Azadlığa Dəstək Aktı”na edilən 907-ci düzəlişə əsasən, həmin bəndə düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO