Malayziyanın yeni səfiri etimadnaməsinin surətini XİN başçısına təqdim edib - FOTO 

Malayziyanın yeni səfiri etimadnaməsinin surətini XİN başçısına təqdim edib - FOTO 

Hazırda oxunan: Malayziyanın yeni səfiri etimadnaməsinin surətini XİN başçısına təqdim edib - FOTO 

164691

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı qəbul edib. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, səfir Ahmad Kamrizamil Bin Mohd Rza ilk növbədə, etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. 

Nazir Ceyhun Bayramov səfir Ahmad Kamrizamil Bin Mohd Rzanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə Azərbaycan və Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf etdirilməsi perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub. 

Nazir Ceyhun Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb. 

Səfir Ahmad Kamrizamil Bin Mohd Rza səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. 
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO