Deputatlardan ABŞ-ın Azərbaycana qarşı bəyanatlarına CAVAB – “Bu, ölkəmizə qarşı TƏHDİDDİR”

Deputatlardan ABŞ-ın Azərbaycana qarşı bəyanatlarına CAVAB – “Bu, ölkəmizə qarşı TƏHDİDDİR”

Hazırda oxunan: Deputatlardan ABŞ-ın Azərbaycana qarşı bəyanatlarına CAVAB – “Bu, ölkəmizə qarşı TƏHDİDDİR”

164679

Xəbər verdiyimiz kimi, noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.

Dinləmədə ölkəmiz əlehinə reallıqdan uzaq, absurd ittihamlar səsləndirilib. Üstəlik, Azərbaycan hərbi yardım göstərilməsinin dayandırılacağını elan edib.

“Heç bir hüquqi əsası yoxdur”

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı Nümayəndələr Palatasının alt komitəsinin keçirdiyi dinləmənin Azərbaycana üçün heç bir təsirinin olmadığını, belə sənədlərin istifadəsiz kağız parçası olduğunu deyib:

“ABŞ Konqresində Azərbaycan ərazisində olmayan bir məsələ ilə bağlı dinləmələrin keçirilməsinin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, Azərbaycanda “Dağlıq Qarabağ” deyilən bir ərazi mövcud deyil. İkincisi, Azərbaycanda, ümumiyyətlə, belə bir problem yoxdur.

Dinləmələrin keçirilməsi ABŞ Konqresində ikili standartların olduğunun göstəricisidir. Azərbaycan əraziləri 30 il işğal altında qalan zaman Amerika konqresmenləri nə üçün səslərini çıxarmadı? Azərbaycan əraziləri tar-mar edilərkən, tarix-mədəniyyət abidələri dağıdılarkən nə üçün Amerikan konqresmenləri susdu? Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün acınacaqlı vəziyyətdə yaşayarkən, nə üçün susdular? Belə sənədlərin Azərbaycan üçün heç bir təsiri yoxdur, istifadəsiz kağız parçasıdır”.

“İrəli sürülən müddəalar Azərbaycana qarşı təhdiddir”

Deputat Fəzail Ağamalı düşünür ki, ABŞ bu amildən istifadə etməklə Azərbaycana təzyiq göstərməyi düşünür:

“Bu dinləmələr mahiyyətcə birbaşa ermənipərəst mövqeyilə seçilir. Düşünmürəm ki, Qarabağın gələcəyi ABŞ üçün prioritetdir. Sadəcə olaraq, onlar bu amildən istifadə edərək, Azərbaycana təzyiq göstərilir. Azərbaycanın həyata keçirdiyi müstəqil və milli maraqlara söykənən xarici siyasət Vaşinqtonu narahat edir.

Onu da unutmayaq ki, Bayden “907-ci düşəliş”in müəlliflərindəndir. Bayden adminstrasiyası təpədən dırnağa qədər ermənipərəst mövqe nümayiş etdirir. Bunun təzahürlərindən biri də keçirilən dinləmələrdir. Dinləmələrdə Obraynın irəli sürdüyü 3 müddəa birbaşa Azərbaycana qarşı təhdiddir. Onların fikrincə, Azərbaycan öz suverenliyini təmin etməməli idi”.

Deputat qeyd edir ki, Azərbaycanın Qarabağda güc tətbiq etməsinin məyusluq doğurur demələri də anoloqu olmayan yanaşmadır:

“Azərbaycan Ordusu mülki əhaliyə toxunmadan, ölkəmizə qarşı terror törədən silahlı tör-töküntüləri hədəfə alıb. Bu ölkəmizin müstəsna hüququdur. Bundan təəssüflənirlərsə, deməli ABŞ Dövlət Departamentinin nümayəndəsinin həmin fikri faktiki olaraq rəsmi Vaşinqtonun mövqeyi kimi izah olunmalıdır”.

F. Ağamalı düşünür ki, keçirilən dinləmələr ABŞ ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli münasibətinin təzahürüdür:

“Onlar Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurunu həzm edə bilmirlər. Könüllü şəkildə, öz xoşları ilə Azərbaycanı tərk edən ermənilərin qayıtmasını önə çəkmələri göstərir ki, ola bilsin antiterror əməliyyatından sonrakı dövrdə erməni əhalisi məhz onların hazırladığı ssenari əsasında Bakının hər hansı bir şəkildə təzyiqi olmadan Azərbaycanı tərk ediblər. Məhz belə bir ssenarini işə salmaqla sonradan bu amildən istifadə edib, Bakıya qarşı təzyiqləri davam etdirmələri üçün bu addımı atıblar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO