İran dəfələrlə yəhudilərə qarşı terror törədib – İsrailli ekspert detalları açıqladı

İran dəfələrlə yəhudilərə qarşı terror törədib – İsrailli ekspert detalları açıqladı

Hazırda oxunan: İran dəfələrlə yəhudilərə qarşı terror törədib – İsrailli ekspert detalları açıqladı

16467

Martın 29-da İsrailin Terrorla Mübarizə Mərkəzi israilli turistlərin İran tərəfindən təhlükə altında olduğu haqqında məlumat yayıb. Bu proses zamanı təşkilat turistlər üçün terror təhdidləri olan ölkələrin adlarını açıqlayıb.

Azərbaycan da israilli turistlər üçün  yeni terror təhdidlərinin xəritəsində sarı təhlükə səviyyəsində göstərilib.
 

MÖVZU İLƏ BAĞLI:

İsraillə İran arasında gərginlik artdı - Dənizdə müharibə başlayıb? 


Bizim.Media məsələni dəqiqləşdirmək  üçün israilli tarixçi və politoloq Mixail Finkellə söhbətləşib. 

O, açıqlamasında bu məsələnin Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirib:
 

“Həqiqətən də İsrail Təhlükəsizlik xidməti və bizim daxili kəşfiyyat idarəsi israilli turistlər üçün təhlükəli olan yerlərin siyahısını dərc edib.


Azərbaycan da yeni terror təhdidlərinin xəritəsində sarı təhlükə səviyyəsində göstərilib. Lakin burada əsas məsələni qeyd edim ki, bu cür təhdidlərin qardaş, dost Azərbaycanla heç bir əlaqəsi yoxdur. Əgər bu informasiyanı deşifrə etsək, belə bir nəticəyə gələrik: Bu təhlükə Azərbaycanın İranla sərhəd olan ərazilərindədir”.

Politoloq Təhlükəsizlik mərkəzinin bəzi tövsiyələrini də oxucuların nəzərinə çatdırıb: 

“Bundan başqa Terrorla Mübarizə Mərkəzi israillilərə açıq şəkildə yəhudi olduqlarını və iudaizm dininə mənsubiyyətlərini bildirməməyi, yəhudi ibadət məbədlərinə getməyə, 6 güşəli ulduzu və digər dini simvollarını nümayiş etdirməyi tövsiyə edir”. 

M.Finkel İran tərəfindən İsrail vətəndaşlarına qarşı olan birbaşa təhdiddən və dünyada yaşayan yəhudilərə qarşı etdikləri əməllərdən də söz açıb. Onun sözlərinə görə, İranın güc strukturları israillilərə  qarşı dəfələrlə terror aktları törədiblər: 

“Əlbəttə ki, israillilərə qarşı bu təhdid Azərbaycan və vətəndaşları tərəfindən deyil, birbaşa İran İslam Respublikasının güc strukturlarından və kəşfiyyat orqanlarından doğur. Bu təhdidlər iki dövlət arasında olan gərginlikdən irəli gəlir. Birincisi, İsrailin İranla heç bir diplomatik münasibətləri yoxdur. İkincisi, biz demək olar ki, onlarla müharibə şəraitindəyik.
 

Bundan başqa İranın güc strukturları bütün dünyada yaşayan israillilərə qarşı dəfələrlə terror törədiblər.


Onlar bunu həm açıq şəkildə, məsələn 1994-cü ildə Buenos Ayresdə Yəhudi Mədəniyyət Ocağında törədilən terror aktı kimi bəyan edirlər, ya da əlaqədə olduqları terror Hizbullah kimi təşkilatların əli ilə edirlər. Buna 2012-ci il 18 iyulda Bolqariyanın Burqas şəhərində turistlərin olduğu avtobusun partladılmasını misal gətirə bilərəm”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO