İlham Əliyev bu mərkəzi ləğv etdi - FƏRMAN

İlham Əliyev bu mərkəzi ləğv etdi - FƏRMAN

Hazırda oxunan: İlham Əliyev bu mərkəzi ləğv etdi - FƏRMAN

164668

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb. 
Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsinin icrası ilə əlaqədar üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Həmçinin Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və digər məsələlərin həlli ilə bağlı tədbirlər görülməsini təmin etmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsini təmin etməlidir. 
Fərmana əsasən, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 690; 2019, № 5, maddə 817; 2020, № 5, maddə 545; 2022, № 8, maddə 866) 2-ci, 4-cü və 5-ci hissələri ləğv edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO