“ABŞ Türkiyəyə satdığı və ya ötürdüyü silahların Azərbaycana qeyri-qanuni tədarükü və ya istifadəsini müşahidə etməyib”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
Nümayəndə Dina Titus Türkiyənin əvvəlki əməliyyatlar zamanı Azərbaycanda F-16 qırıcılarından istifadə etməsi ilə bağlı yayılan məlumatlarla bağlı sualına O`Brayen “NATO və müttəfiqi Türkiyənin bu sahədə əlaqələrin çox şəffaf olduğunu və ABŞ-ın qeyri-qanuni təchizat əlaməti görməyib” deyə cavab verib.
“Bizim aydın təlimatlarımız var. Mən heç vaxt qeyri-qanuni daşınma əlamətlərinə rast gəlməmişəm. Praktikada bu məsələdə son dərəcə diqqətliyik. Bu münasibət çox şəffafdır, xüsusən də NATO-nun müttəfiqi olan Türkiyə ilə... Mən (əvvəlki əməliyyatlarda F-16 qırıcılarının istifadəsi ilə) tanış deyiləm, bu barədə heç vaxt eşitməmişəm”, – deyə Ceyms O’Brayen qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:50 / 15.11.2023
Ceyms O`Brayen: “ABŞ-ın Azərbaycana qanunsuz silah tədarükü barədə məlumatı yoxdur”
Hazırda oxunan: Ceyms O`Brayen: “ABŞ-ın Azərbaycana qanunsuz silah tədarükü barədə məlumatı yoxdur”
Hazırda oxunan: Ceyms O`Brayen: “ABŞ-ın Azərbaycana qanunsuz silah tədarükü barədə məlumatı yoxdur”
164579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.