Milli Məclisin sədri MDB PA-nın tədbirlərində iştirak etmək üçün Bişkekə SƏFƏR EDİB

Milli Məclisin sədri MDB PA-nın tədbirlərində iştirak etmək üçün Bişkekə SƏFƏR EDİB

Hazırda oxunan: Milli Məclisin sədri MDB PA-nın tədbirlərində iştirak etmək üçün Bişkekə SƏFƏR EDİB

164569

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün noyabrın 15-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Nümayəndə heyətinə Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin üzvləri Mixail Zabelin, Rasim Musabəyov, Nizami Səfərov, Emin Hacıyev və digər rəsmi şəxslər daxildirlər. 
Bişkekin “Manas-2” Beynəlxalq hava limanında nümayəndə heyətini Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Nurbek Sadıqaliyev, xarici işlər nazirinin müavini Avazbek Ataxanov, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO