Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edir.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin "ROKETSAN" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
"ROKETSAN" şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:12 / 15.11.2023
Zakir Həsənov "ROKETSAN"ın rəhbərliyi ilə hərbi-texniki əməkdaşlığı müzakirə ETDİ – FOTO
Hazırda oxunan: Zakir Həsənov "ROKETSAN"ın rəhbərliyi ilə hərbi-texniki əməkdaşlığı müzakirə ETDİ – FOTO
Hazırda oxunan: Zakir Həsənov "ROKETSAN"ın rəhbərliyi ilə hərbi-texniki əməkdaşlığı müzakirə ETDİ – FOTO
164437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.