DTX rəisindən ATƏT-ə ÇAĞIRIŞ: “Ermənistana təzyiq göstərilməlidir”

DTX rəisindən ATƏT-ə ÇAĞIRIŞ: “Ermənistana təzyiq göstərilməlidir”

Hazırda oxunan: DTX rəisindən ATƏT-ə ÇAĞIRIŞ: “Ermənistana təzyiq göstərilməlidir”

164342

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə o, noyabrın 14-də ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

DTX-də ATƏT PA prezidenti ilə GÖRÜŞ – FOTO  


Komissiya sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsinin və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd edib. 

Mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO