"Avropa İttifaqının (Aİ) üzv ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkir".
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Azərbaycan əleyhinə əsassız ittihamları ilə bağlı şərhində yer alıb.
Bildirilib ki, Aİ üzv ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir.
"Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür.
Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir", - XİN-in məlumatında vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:43 / 14.11.2023
Azərbaycan XİN: "Avropa İttifaqı ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkir"
Hazırda oxunan: Azərbaycan XİN: "Avropa İttifaqı ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkir"
Hazırda oxunan: Azərbaycan XİN: "Avropa İttifaqı ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkir"
164295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.