“Qərb Ermənistanı yeni müharibəyə HAZIRLAŞDIRIR” – Deputatdan XƏBƏRDARLIQ

“Qərb Ermənistanı yeni müharibəyə HAZIRLAŞDIRIR” – Deputatdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “Qərb Ermənistanı yeni müharibəyə HAZIRLAŞDIRIR” – Deputatdan XƏBƏRDARLIQ

164171

Son zamanlar Hindistan və Fransanın Ermənistanı kütləvi şəkildə silahlandırdığı müşahidə edilir. Ermənistanın bu iki ölkə ilə hərbi sahədə əməkdaşlığı geniş vüsət almağa başlayıb. 

Ermənistana qardaş yardımı

Bu günlərdə Fransanın növbəti hərbi texnikaları Gürcüstan vasitəsilə Ermənistana gətirilib. Bunlar Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlardır. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın “ARQUUS” şirkətidir.

Hindistandan Ermənistana silahlar isə onlar arasında keçən ilin sentyabrında silah tədarükünə dair bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin sənədə görə, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir.

Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi bildirilir.

Hindistan həmçinin erməni hərbçilər üçün təlimlər də keçir. Bir sözlə görünən odur ki, işğalçı siyasəti yürüdən Ermənistan yenidən silahlanmağa geniş yer verməyə başlayıb. 

Ermənistan yeni müharibəyə hazırlaşır?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Fransa başda olmaqla bəzi ölkələr Ermənistanı yenidən müharibəyə sürükləyirlər: 

“Bu illər ərzində ən müxtəlif təxribatlar törədərək danışıqlardan yayınması onun göstəricisidir ki, Ermənistan sülh istəmir. Ermənistanda hələ də revanşist ideyalar qalmaqdadır. Bu ölkə sürətlə silahlanmaq yolunu tutub. Hindistandan, Fransadan müasir silahlar almağa davam edir. Onlar əvvəlcə bunu sadəcə müdafiə silahları kimi təqdim etməyə çalışsalar da, bəlli oldu ki, Ermənistan həm də ciddi şəkildə hücum silahları da almağa başlayıb. Bu onun göstəricisidir ki, Fransa başda olmaqla bəzi ölkələr Ermənistanı yenidən müharibəyə hazırlaşdırır. 

Ermənistan müstəqil dövlət kimi yaşaya bilmədiyindən Fransanın, Qərbin islamofob mərkəzlərinin ideoloji və hərbi koloniyasına çevrilməkdədir. Hansı ki, bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir. Ona görə də Paşinyan nə qədər sülhə sadiq olduğu iddiası ilə çıxış etsə də, davranışları Ermənistanın belə bir niyyətinin olmadığını göstərir. Ermənistan müharibəyə hazırlaşır”. 

Deputat onu da qeyd etdi ki, Azərbaycan sülh üçün hər zaman müharibəyə hazırdır: 

“Azərbaycan ötən müddət ərzində öz hərbi gücünü daha da gücləndirib. Azərbaycan sülh üçün hər zaman müharibəyə hazırdır. Təəssüf doğuran odur ki, İrəvanın belə davranışları regionda sülhün əldə olunmasını mümkün etmir. Bunun da bütün məsuliyyəti Ermənistanın üzərindədir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO