Xankəndidən Ermənistanın havadarlarına mesaj: “Xam xəyallardan əl çəkin”

Xankəndidən Ermənistanın havadarlarına mesaj: “Xam xəyallardan əl çəkin”

Hazırda oxunan: Xankəndidən Ermənistanın havadarlarına mesaj: “Xam xəyallardan əl çəkin”

164012

Prezident İlham Əliyev Xankəndidə keçirilən hərbi parad zamanı Ermənistan hakimiyyətinə və qondarma rejimin qalıqlarına mesaj göndərdi.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.

Onun sözlərinə görə, keçmiş rejim qalıqlarına mesaj verildi ki, Azərbaycan heç bir halda onların ölkəmizin ərazisində hansısa şəkildə hərəkətlərinə icazə verməyəcək.

"Artıq bunun üçün fiziki imkanları da yoxdur. Lakin onlar gedib Ermənistanda hansısa qondarma rejim yaratmaq və ya bunu hökumət kimi elan etsələr belə Azərbaycan buna icazə verməyəcək. Eyni zamanda Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hansısa iddiaya düşərsə və yaxud sülh müqaviləsindən qaçarsa, bunlara cavab verməyə hazırdır mesajı verildi. Biz bölgədə sülh olmasını istəyirik. Azərbaycan artıq 100 minlik peşəkar ordu yaradıb. Buna görə də Ermənistan hakimiyyəti revanşist meyllərdən əl çəkməlidir. Azərbaycan tərəfi açıq şəkildə bildirdi ki, revanşist müxalifət Paşinyanı devirib Ermənistanda hakimiyyətə gələrsə və ərazimizə qarşı təhdidlər olarsa biz bu cəhdlərin qarşısını alacağıq. Bu onlar üçün daha böyük fiasko ilə nəticələnə bilər”.

Ekspert qeyd edib ki, burada mesaj tək Ermənistana deyil, onun xarici havadarlarına aid idi.

"Düşünürlər ki, hansısa şəkildə Azərbaycana təzyiq edərək və Ermənistanı silahlandıraraq onların üzərindən ölkəmizə qarşı təxribatlar törədərək bizi nəyəsə məcbur edə bilərlər. Lakin hökumətimiz açıq şəkildə mesaj verdi ki, bizim qorxumuz yoxdur, öz mövqeyimizdə sabitik və Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Bu, bizim qırmızı xəttimizdir. Buna görə də Ermənistanın havadarları bu xam xəyallarından əl çəkməlidirlər", - deyə o vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO