Xəbər verildiyi kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası Liderlər Zirvəsində çıxışı zamanı Ramazan bayramından sonra Şuşaya gələcəyini və yeni bir bayram yaşayacağını bəyan edib.
Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ərdoğanın Şuşaya gəlişinə ehtiyacımızın olduğunu deyib:
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Berlin niyə səfirini azad edilən bölgələrə göndərməyib? – Politoloqların ŞƏRHİ
“Rusiyanın və Kreml sahibinin Qarabağdakı “planlarını” Türkiyə və Ərdoğan poza bilər. Kreml Qarabağda qarşısında Türkiyəni görməlidir".
"Əks halda Azərbaycan torpaqlarında hərbi baza qurmağa çalışacaq".
"Buna yol vermək olmaz. İnanıram ki, Türkiyə prezidentinin Şuşada verəcəyi mesajlar arasında bu da yer alacaq”.
Alçina Amilqızı, Bizim.Media