"Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu.Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”.
Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Daşkənddə 16-cı Zirvə toplantısı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil OLUNUB
İran rəhbəri bildirib ki, İran şirkətləri Qarabağın bərpasına kömək etməyə hazırdır:
“Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq”.
Bizim.Media