Rusiya XİN-dən Bakı-İrəvan normallaşması ilə bağlı AÇIQLAMA 

Rusiya XİN-dən Bakı-İrəvan normallaşması ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Rusiya XİN-dən Bakı-İrəvan normallaşması ilə bağlı AÇIQLAMA 

163652

“Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli işçi qrupu regionda iqtisadi nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş fəaliyyətini davam etdirir”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib. 

Onun sözlərinə görə, proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynayır və bütün Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir. 

M.Zaxarova qeyd edib ki, 2020-ci ilin payızından bəri üçtərəfli işçi qrupunun 12 iclası keçirilib: 

“Bu qrup regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmir yolu və avtomobil kommunikasiyaları üzrə optimal layihələrin seçilməsi istiqamətində xeyli iş görüb və bunun sayəsində bütün tərəflər üçün faydalı olan paket həllinə yaxınlaşmaq mümkün olub”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO