“Azərbaycanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin iqtisadiyyatları davamlı inkişaf templəri nümayiş etdirir”.
Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinin açılışındakı çıxışında deyib.
Özbəkistan dövlət başçısı Azərbaycanın cari ilin oktyabr ayına qədər təşkilatda uğurlu sədrliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, sədrliyi dövründə rəsmi Bakı bir sıra mühüm təşəbbüslərlə çıxış edib və qurumun fəaliyyətinə səmərəli töhfə verib.
“İştirakçı ölkələr arasında iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq üçün Özbəkistan tərəfi özbək ekspertlər tərəfindən hazırlanmış İƏT çərçivəsində ticarətin sadələşdirilməsinə dair sazişin qəbulunu təklif edir”, - o bildirib.
Özbəkistan dövlət başçısı həmçinin qeyd edib ki, multimodal nəqliyyat dəhlizlərinin işə salınması ECO-ya üzv olan bütün dövlətlərin maraqlarına cavab verir.
“Təşkilatımızın üzv ölkələri ayrılmaz şəkildə ortaq tarix, zəngin mədəniyyət və oxşar dəyərlərlə bağlıdır”, - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:44 / 09.11.2023
Şavkat Mirzoyev: “Azərbaycan ECO-ya uğurla sədrlik edib”
Hazırda oxunan: Şavkat Mirzoyev: “Azərbaycan ECO-ya uğurla sədrlik edib”
Hazırda oxunan: Şavkat Mirzoyev: “Azərbaycan ECO-ya uğurla sədrlik edib”
163605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.