İqor Korotçenko: “Xankəndidəki Zəfər paradı 30 il davam edən mübarizənin finalıdır” – ÖZƏL  

İqor Korotçenko: “Xankəndidəki Zəfər paradı 30 il davam edən mübarizənin finalıdır” – ÖZƏL  

Hazırda oxunan: İqor Korotçenko: “Xankəndidəki Zəfər paradı 30 il davam edən mübarizənin finalıdır” – ÖZƏL  

163481

“Sözsüz ki, Rusiya ekspertlər birliyi adından bütün Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edirəm.  Azərbaycan çox böyük siyasi-hərbi qələbə əldə edib”.  

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, hərbi ekspert İqor Korotçenko deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə keçirilən paraddan ilk görüntülər - FOTO/VİDEO


Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti müasir dövrün güclü iradəsi kimi dəyərləndirən politoloq, Xankəndidəki paradın da dünyaya mesaj olduğuna diqqət çəkib. 

“Qələbədən 3 il keçsə də, baş verənlər onu göstərir ki, Azərbaycan doğru siyasi yolda addımlayır. İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan xalqı doğru yolda uğurla irəliləyir. Bu gün Xankəndidə keçirilən hərbi parad uzun müddətdir ki, yəni 30 il davam edən mübarizənin final addımlarıdır”, - rusiyalı ekspert bildirib.  

Hazırda Azərbaycanla Ermənistan arasında sülhün vacibliyinə diqqət çəkən Korotçenko, İrəvanın ikiüzlü siyasəti nəticəsində sülh danışıqların növbəti ilə qalacağını deyir. 

“Bu ilin sonunadək heç bir sülh müqaviləsinin bağlanılması gözlənilmir. Ermənistan hələ ki, bu istiqamətdə heç bir adekvat addım atmır. Nə qədər ki, Ermənistan ikiüzlülük göstərir, bu gedişlə sülh müqaviləsinin 2024-cü ilə qalacağı görünür.  
Sülh müqaviləsinin imzalanıb imzalanmayacağı haqqında nəsə demək çətindir. Azərbaycan bu istiqamətdə üzərinə düşün bütün öhdəlikləri demək olar ki, yerinə yetirib. Yəni, İlham Əliyev tərəfindən 5 baza prinsipli sənəd əsasında şərtlər irəli sürülüb. Ermənistan tərəfi isə hələ də aranı qarışdırır. Buna görə də, məncə, sülh müqaviləsi istiqamətində işlər gələn ilə qalacaq”, - deyə İ.Korotçenko əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO