Qafqaz Müsəlmanlar İdarsinin sədri Birləşmiş Ərəb Əmirlikləri Prezidenti ilə görüşüb.
QMİ-nin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, BMT Ətraf Mühitin Qorunması üzrə COP 28 platformasında dünya dini liderlərinin Abu-Dabi qlobal Sammiti çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir qrup Forum iştirakçıları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən qəbul edilib.
Görüş zamanı QMİ sədrinin Prezident Al Nəhyan ilə söhbəti olub. Şeyxülislam Allahşükür Paşazadə BƏƏ dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb.
Öz növbəsində, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan onun salamlarının Azərbaycan dövlət başçısına çatdırmasını xahiş edib. Söhbət əsnasında ölkəmizdə Azərbaycan-BƏƏ birgə enerji layihələrinin həyata keçirilməsindən məmnunluq bildirilib.
Şeyxülislam bu günlərdə Azərbaycanda Zəfər Günü tədbirlərinin təntənəli şəkildə qeyd olunduğu barədə məlumat verib. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu münasibətlə Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təbriklərini ifadə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:22 / 08.11.2023
BƏƏ Prezidenti Zəfər günü ilə bağlı Azərbaycanı TƏBRİK ETDİ
Hazırda oxunan: BƏƏ Prezidenti Zəfər günü ilə bağlı Azərbaycanı TƏBRİK ETDİ
Hazırda oxunan: BƏƏ Prezidenti Zəfər günü ilə bağlı Azərbaycanı TƏBRİK ETDİ
163448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.