Almaniya səfiri azad edilən ərazilərə getməməsinin səbəbini AÇIQLADI

Almaniya səfiri azad edilən ərazilərə getməməsinin səbəbini AÇIQLADI

Hazırda oxunan: Almaniya səfiri azad edilən ərazilərə getməməsinin səbəbini AÇIQLADI

16340

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq xarici diplomatların Azərbaycanın azad edilmiş ərazilərinə səfərlərində iştirak etməməsinə aydınlıq gətirib.

Bizim.Media Turan agentliyinə istinadla xəbər verir ki,  Almaniya səfiri diplomatların səfərlərində niyə iştirak etməmsinə cavabı belə olub:
 

MÖVZU İLƏ BAĞLI:

Mədəniyyət naziri Almaniya səfiri ilə görüşdü


"Səfirin və ya səfirliyin əməkdaşlarının hara və nə vaxt göndəriləcəyi barədə qərar bütün amillərin təhlilindən asılıdır. Burada müəyyənedici məsələ odur ki, bu, Almaniya Xarici İşlər Federal Nazirliyinin tələb etdiyi kimi, səfirliyin missiyasını gücləndirəcəkmi və səfər təhlükəsizlik və sağlamlıq baxımından risklidirmi?”

V. Maniq Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsilə bağlı vəziyyətə dair hazırkı mövqeyinə də  izah verib:

 “Federal hökumətin Cənubi Qafqaz regionu ilə bağlı siyasəti Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda və onun ətrafında münaqişənin eskalasiyasının dayandırılmasına yönəlib.

Federal hökumətin fəaliyyətində məqsəd hərbi əməliyyatlara son qoymaq və azərbaycanlılarla ermənilər arasında barışığa başlamaqdır.

Federal xarici işlər naziri həm Azərbaycanda, həm də Ermənistanda öz həmkarları ilə danışıqlarda şəxsən iştirak etdiyini vurğulayıb.

Almaniyanın həm Bakıda, həm də Yerevandakı səfirlikləri bu istiqamətdə işləyirlər. Federal hökumət Azərbaycan və Ermənistanla bununla bağlı, o cümlədən ATƏT və Avropa İttifaqı çərçivəsində dialoqu davam etdirir.

Biz hər iki tərəfi münaqişənin davamlı nizamlanması üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsilə danışıqları bərpa etməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO