İlham Əliyev və birinci xanım Şuşada Qala divarına və ətraf əraziyə baxış keçiriblər - FOTO

İlham Əliyev və birinci xanım Şuşada Qala divarına və ətraf əraziyə baxış keçiriblər - FOTO

Hazırda oxunan: İlham Əliyev və birinci xanım Şuşada Qala divarına və ətraf əraziyə baxış keçiriblər - FOTO

163365

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində Qala divarına və ətraf əraziyə baxış keçiriblər. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərin Vəngli kəndinə GEDİBLƏR


Bildirilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri ilk dövrlərdə Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılırdı.

Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılıb. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa qalasının üç əsas qapısı var idi: Gəncə, İrəvan və Ağoğlan qapıları.

Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün Baş planlarında qeyd edilir. 

Şəhər işğaldan azad edildikdən dərhal sonra tarixi Şuşa qalasında bərpa işləri görülüb. Qala üzərindəki Şuşa yazısı bərpa edilib. 






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO