İlham Əliyev və birinci xanım İsa bulağında - YENİLƏNİB/FOTO 

İlham Əliyev və birinci xanım İsa bulağında - YENİLƏNİB/FOTO 

Hazırda oxunan: İlham Əliyev və birinci xanım İsa bulağında - YENİLƏNİB/FOTO 

163341

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada İsa bulağında olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma İsa bulağının ətrafında görülən işlər barədə məlumat verilib. 

Bildirilib ki, Şuşa şəhərindən 4 kilometr məsafədə, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə, meşədə yerləşən İsa bulağı Azərbaycan təbiətinin nadir incilərindən hesab olunur.

Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır. 

Məlumat verilib ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tamamilə bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözü isə milli ornamentlə yazılıb.  

Bulağın su təminatı da tam bərpa olunub. İsa bulağı Azərbaycanın, Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Görülən işlər İsa bulağının əvvəlki şöhrətinin qısa müddətdə bərpasına şərait yaradacaq.

*** 16:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada İsa bulağında olublar.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və birinci xanım Şuşada “Yasəmən” otelinin açılışında iştirak ediblər





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO