Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini Kamal Cəfərov Avropa Şurası tərəfindən təşkil olunan Ümumdünya Demokratiya Forumunda iştirak edir.
Bu barədə Bizim.Media-ya İcmadan məlumat verilib.
Bildirilib ki, Qərbi Azərbaycan İcmasının nümayəndəsi K. Cəfərov Forum çərçivəsində müzakirələrə töhfəsini verərək, Ermənistan hökumətinin oradan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan verməməsinin və həyata keçirdiyi etnik və dini ayrı-seçkilik siyasətinin bu ölkənin demokratiyadan nə qədər uzaq olmasını göstərdiyini vurğulamış və bu siyasətin bölgədə davamlı sülhün bərqərar olmasına mane olduğunu bildirib.
Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına beynəlxalq dəstək əldə etmək üçün bütün müvafiq beynəlxalq formatlarda özünün insan haqları gündəliyini təqdim etməkdə davam edəcək.
Xatırladaq ki, dövlət və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə 2012-ci ildən bəri hər il keçirilən Ümumdünya Demokratiya Forumu demokratik cəmiyyət quruculuğu istiqamətində fikir mübadiləsinə xidmət edir. Noyabrın 6-8-də Strasburq şəhərində “Demokratiya sülh deməkdirmi?” devizi altında keçirilən builki Forum silahlı münaqişələr və demokratiya arasında qarşılıqlı təsir mövzusuna həsr olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:07 / 07.11.2023
Ermənistan oradan qovulan azərbaycanlıların qayıtmalarına imkan vermir - Azərbaycanlı deputat
Hazırda oxunan: Ermənistan oradan qovulan azərbaycanlıların qayıtmalarına imkan vermir - Azərbaycanlı deputat
Hazırda oxunan: Ermənistan oradan qovulan azərbaycanlıların qayıtmalarına imkan vermir - Azərbaycanlı deputat
163263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.