Xankəndində məskunlaşmış erməni əhalinin geri qayıtması üçün Azərbaycan dövlətinin rəsmi müraciətini istəyən Nikol Paşinyan qərbi azərbaycanlıları İrəvana, Göyçəyə qayıtmağa çağırmağa hazırdırmı?
Mövzuya Sosial Tədqiqatlar Mərkəzinin "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" adlı kitabın II cildinin təqdimatı zamanı Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc münasibət bildirib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, son iki yüz ildə fərdi və milli sərvətlərimiz ən azı 7 dəfə yağmalanıb.
"Lakin indi yaşadığımız regionda son 30 ildə azərbaycanlılar ermənilərdən iqtisadi baxımından daha varlı və nüfuzludur. Erməni diasporu ən zəngin kapitalla Rusiyada 1-ci, Argentinada 2-cidir. Lakin Azərbaycan dövləti heç zaman indiki qədər Ermənistandan güclü olmayıb", - deyə o deyib.
Zahid Oruc bildirib ki, zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər.
"Gəlin unutmayaq ki, tarixin saxtalaşdırılması ilə savaş aparan İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Buna görə ölkə rəhbəri ən yüksək alqışa layiqdir, çünki birinci şəxs torpaq itkilərinə haqq qazandırarsa, xalqı səfərbər edə bilməz və daha böyük təslimçiliyə hazırlamış olar. Lakin İlham Əliyev tarixə torpaq qaytaran Zəfər Komandanı kimi düşdü. Ona görə də prezidentin dediyi: ”...kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər?” sözləri məğlubiyyəti və güzəşti deyil, qələbəni hədəf seçən səfərbərlik şüarıdır", - deyə o, əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:47 / 06.11.2023
İlham Əliyev nəinki Qarabağın, hətta İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb - Zahid Oruc
Hazırda oxunan: İlham Əliyev nəinki Qarabağın, hətta İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb - Zahid Oruc
Hazırda oxunan: İlham Əliyev nəinki Qarabağın, hətta İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb - Zahid Oruc
163086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.