Prezident: “Ermənistan son üç ildə Qarabağa silah-sursat və hərbi heyət daşıyıb

Prezident: “Ermənistan son üç ildə Qarabağa silah-sursat və hərbi heyət daşıyıb"

Hazırda oxunan: Prezident: “Ermənistan son üç ildə Qarabağa silah-sursat və hərbi heyət daşıyıb"

162915

“Azərbaycan Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəkləyir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu üç ölkə arasında əməkdaşlığın indiyədək mümkün olmayıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Annalena Berbokla görüş zamanı deyib. 

İlham Əliyev sentyabrın 2-də Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış və dəstəklənən qondarma rejimi təbrik etməsini və artıq özünü ləğv etmiş qondarma rejimin sentyabrın 9-da dırnaqarası “seçkilər” keçirməsini regionda vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı addımlar olduğunu bildirib. 

“Ermənistan son üç ildə Azərbaycanın Qarabağ bölgəsinə silah-sursat və hərbi heyətin daşınmasını həyata keçirib”, - deyə Prezident vurğulayıb. 
Ölkə başçısı lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyini və ölkəmizin Ermənistan ilə münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO