“Delimitasiya ilə bağlı xəritələri Azərbaycan və Ermənistana verməyə hazırıq” – Overçuk  

“Delimitasiya ilə bağlı xəritələri Azərbaycan və Ermənistana verməyə hazırıq” – Overçuk  

Hazırda oxunan: “Delimitasiya ilə bağlı xəritələri Azərbaycan və Ermənistana verməyə hazırıq” – Overçuk  

162872

“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası ikitərəfli prosesdir”. 

Bizim.Media “TASS”a istinadənxəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk Səmərqənddə keçirilən XVI Verona Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

O qeyd edib ki, bu məsələ ilə bağlı həmsədrlər Ermənistan və Azərbaycanın baş nazir müavinləridir: 

“Rusiyanın bu prosesdə iştirakına və roluna gəlincə, biz Rusiya tərəfində olan sənədlərin, o cümlədən kartoqrafik sənədlərin təqdim edilməsində hər zaman dəstək verməyə hazırıq".

Overçuk vurğulayıb ki, kommunikasiyaların blokadadan çıxarılması üçün rəsmi işçi qrup mövcuddur: 

"Mehridən keçən dəmir yolunun tikintisinə başlanılması ilə bağlı birgə bəyanatın mətni də böyük ölçüdə mövcuddur. Yolun özünə gəlincə, Azərbaycan artıq İran ərazisindən yan keçməklə avtomobil yolunun tikintisinə başlayıb. Bilirsiniz ki, Azərbaycanla İran arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair də memorandum imzalanıb”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO