TDT Azərbaycanın suverenleyini tam olaraq yenidən bərpa etməsini DƏSTƏKLƏYİB 

TDT Azərbaycanın suverenleyini tam olaraq yenidən bərpa etməsini DƏSTƏKLƏYİB 

Hazırda oxunan: TDT Azərbaycanın suverenleyini tam olaraq yenidən bərpa etməsini DƏSTƏKLƏYİB 

162800

“Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanla Ermənistan arasında normallaşma prosesini qarşılıqlı olaraq suverenlik, ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının təmin edilməsi ilə dəstəkləyir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Astanada keçirilən “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün yekunlarına dair bəyannamədə qeyd edilib. 

Bildirilib ki, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə bu günə qədər üzv dövlətlər tərəfindən göstərilən dəstək alqışlanılır:  
“19-20 sentyabr 2023-cü ildə aparılan lokal antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının suverenleyini tam olaraq yenidən bərpa etməsini məmuniyyətlə qarşılayır və Azərbaycan Respublikası hökumətinin yenidən bütövləşmə uğrunda fəaliyyətini dəstəklədiyimizi təsdiq edirik”. 

TDT-yə üzv dövlətlər həmçinin bu istiqamətdə dəstəklərini bundan sonra davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO