Separatizmin sonu.. TERROR VƏ MÜHARİBƏLƏRDİR!

Separatizmin sonu.. TERROR VƏ MÜHARİBƏLƏRDİR!

Hazırda oxunan: Separatizmin sonu.. TERROR VƏ MÜHARİBƏLƏRDİR!

1628

Son günlərdə Ermənistan mətbuatında Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımış bəzi qurumların və bölgələrin adları çəkilir. Adları çəkilənlər arasında xüsusilə diqqəti cəlb edən iki bölgəni qeyd etmək yerinə düşər.

İspaniyanın Şimalında yerləşən öz separatçı fəaliyyətləri ilə gündəmə gəlmiş Bask və Kataloniya bölgələri.

Bask bölgəsi o ərazidir ki, 1959-cu ildən 2010-cu ilə qədər qanuni İspaniya hakimiyyətinə qarşı ETA adlı separatist təşkilat yaradaraq yüzlərlə insanın ölümü və oğurlanması ilə nəticələnmiş terrorçu fəaliyyət aparıb. Kataloniya isə 2017-ci ildə İspaniya tabeçiliyindən ayrılmaq üçün referendum keçirməyə cəhd göstərib, lakin separatçı fəaliyyətləri İspaniya hökümətinin müdaxiləsi ilə sona çatdırılıb.

Bu gün bu separatçı bölgələr Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa çalışır. Qəribə şəkildə dünyanın tanımaqdan imtina etdiyi, terrorçu kimi qəbul etdiyi qüvvələr özləri ilə eyni amala xidmət edən erməniləri dəstəkləmək qərarına gəliblər. 

Özlərinə müstəqil dövlət qurmağı bacarmayan, referendum sevdaları İspan polisinin ayaqları altında əzilən Bask və Katalon separatistləri Dağlıq Qarabağın müstəqilliyini tanımaqla özləri ilə eyni terrorçu metodika ilə mübarizə aparan ermənilərə dəstək nümayiş etdirirlər.



Bu gün Bask və Katalon bölgəsinin Dağlıq Qarabağı tanıması, Dağlıq Qarabağda baş verənləri dəstəkləməsi, sabah onların İspaniyaya qarşı da oxşar tələblər qaldırmalarına və separatçı ermənilərlə  əlbir olaraq ölkə daxilində hərbi və siyasi iğtişaşlar yaratmağa gətirib çıxaracaq. 
Bəzi dövlətlərin isə sepatratçı qüvvələrdən istifadə etməsi artıq hamı üçün aydındır. Separatizm həmişə terror və hərbi iğtişaşlarla müşahidə olunub.

Bunu heç kim anlamasa da, Azərbaycan son 30 ili bu ağrılarla yaşayan ölkədir. Dünyanın sürətli inteqrasiya dönəmində artıq heç bir sistem və heç bir dövlət belə problemlərdən sığortalanmayıb. Bu gün mənfur Ermənistan rejimini dəstəkləyən dövlətlər başa düşməlidirlər ki, buna şərait yaratmaqla eyni problemin öz daxillərdə baş qaldırması üçün zəmin hazırlayırlar. Bir problemin fərqinə varmaq üçün mütləq şəkildə onu şəxsən təcrübə etməyə ehtiyac yoxdur.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO