Hindistan niyə Azərbaycana qarşı kinlidir? – Pərdəarxası DETALLAR 

Hindistan niyə Azərbaycana qarşı kinlidir? – Pərdəarxası DETALLAR 

Hazırda oxunan: Hindistan niyə Azərbaycana qarşı kinlidir? – Pərdəarxası DETALLAR 

162757

Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Bu barədə general “Firstpost.com” saytında dərc olunan məqaləsində bildirib.

Kumar yazıb ki, Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün seçim ola bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

Hindistan Ermənistana raket sistemi göndərdi


Bundan əlavə, son zamanlar Hindistan siyasi rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyini tez-tez müşahidə edirik. 

Maraqlıdır, Hindistanın Azərbaycana qarşı olan nifrətinin arxasında nə dayanır? 

Politoloq Sədrəddin Soltan mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O məsələyə belə yanaşıb: 

“Hindistan siyasi rəsmiləri hesab edir ki, yaxın perspektivdə Rusiya beynəlxalq arenadan gedərək çökəcək. Hindistanın məqsədi Rusiyanın nüfuz dairəsində olan ölkələri, əraziləri nəzarətə götürmək və ya onlarla əməkdaşlıq etməkdir. Bu ölkə regional maraqlara uyğun olaraq belə mövqe tutur. 

Gürcüstan və Azərbaycanın mövqeyi, tərəfdaşları bəllidir. Cənubi Qafqazda yelkənsiz qayıq kimi qalan ölkə Ermənistandır. Ermənistan nə Rusiyaya tərəf yönələ bilir, nə Rusiyadan çox uzaqlaşa bilir, nə də Qərbə üz tuta bilir. Ermənistana əlaqə qurmağa imkan yaradan ölkələr Hindistan və Çindir. Hindistan Ermənistanla əlaqə qurmaqda daha maraqlıdır”.

O, əlavə edib ki, Hindistanın baxış bucağı ilə Ermənistanın uyğunluğu var: 

“Ermənilər hesab edirlər ki, onlar Hindistan ərazisindən çıxma bir tayfadır. Bunu tarixi, etnik bir bağlılıq kimi göstərmək olar. Digər tərəfdən, Cənubi Qafqazda Pakistanın maraqları var.

Azərbaycan–Pakistan əlaqələri, Pakistanın Ermənistanı tanımaması, Pakistanın Hindistanla probleminin olması Hindistanı region üçün maraqlı edir. Bu yaxınlarda Azərbaycan birmənalı şəkildə bəyan etdi ki, Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Digər bir məsələ isə Hindistan, İran və Ermənistan arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ideyasının həyata keçməsidir. 

Bu baxımdan Hindistan Cənubi Qafqazı həm əməkdaşlıq mərkəzi, həm də qonşu ölkələrlə geopolitik ziddiyət məkanı kimi görür. Çünki Cənubi Qafqazda həm Çinin, həm də Pakistanın maraqları dolayı yolla təmin olunur. 
Hindistanın Ermənistana hərbi dəstəyinə gəldikdə isə elə güclü ordusu varsa, Çin ilə məsələsini həll etsin”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO