“Azərbaycan Prezidenti İlham Əliyevə regionun sabitləşməsinə verdiyi töhfələrə görə təşəkkürümü bildirirəm”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxışı zamanı deyib.
O, həmçinin Azərbaycan liderinə Qarabağ regionunun bərpa olunması istiqamətində həyata keçirilən işlərə görə təşəkkürünü bildirib.
V.Orban vurğulayıb ki, qlobal iqtisadiyyat son illərdə 2 dəfə çöküb, Avropada enerji daşıyıcılarına qiymətlər dəfələrlə qalxıb:
“Geridə qalan çağırışlar bizim qarşımızda iki yol qoyur - ya iqtisafdiyyatlar izolyasiya olunmalıdır, ya əməkdaşlığı daha da genişləndirməliyik. Son zamanlar məhz izolyasiya olunmuş iqtisadiyyatlar, blok qoyulması ilə bağlı meyillərin şahidi oluruq. Lakin Macarıstan əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:00 / 03.11.2023
Viktor Orban İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: Viktor Orban İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: Viktor Orban İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
162719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.