Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bütün ərazisində suverenliyini təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.
Özbəkistan Prezidenti vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.
Ş.Mirziyoyev bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub:
“Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:31 / 03.11.2023
Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
Hazırda oxunan: Şavkat Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
162697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.