Əhliman Əmiraslanov: “İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir”

Əhliman Əmiraslanov: “İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir”

Hazırda oxunan: Əhliman Əmiraslanov: “İndiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir”

162293

“Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib.

“Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür.

Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 faizdən çoxunu türk mənşəli sözlər təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilədək Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlər, oronimlər və hidronimlər dəyişdirilərək erməniləşdirilib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə söyləyib. 

O qeyd edib ki, tarixdə saxtakarlıq sahəsində birinci olan ermənilər 200 ilə yaxındır Qərbi Azərbaycanda bizim tariximizi saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləşdirməklə məşğul olur.
“1903-cü ilə aid olan coğrafi xəritə erməni iddialarını alt-üst edib. Xəritəyə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan-türk mənşəlidir”, - deyə akademik vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO