“Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması beynəlxalq faktdır, hüquqi faktdır və heç bir normal dövlət başqa cür deyə bilməz, bunlar beynəlxalq səviyyədə tanınmış sərhədlərdir və qorunub saxlanılır”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan jurnalistlərlə söhbəti zamanı bildirib.
“Niyə 44 günlük müharibədən sonra Ermənistan sülhə ehtiyacı olduğunu bəyan etdi? Çünki müharibədən sonra resurslarımız, ölkənin vəziyyəti və siyasi vəziyyət ilk növbədə Ermənistanı təhdid edirdi.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan etdiyini təsəvvür edirsiniz? Bu birbaşa müharibənin başlanğıcı olardı. De-yure bütün dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıyır. Bura Azərbaycan ərazisidir. Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu heç kim tanımadı.
Bu gün bu geosiyasi şəraitdə bu ordu ilə, 3 milyonluq xalqımızla bölgədə müharibəyə başlaya və qalib gələ biləcəyimizi düşünən varmı? Xüsusən də, müttəfiqlərimizin yalnız kağız üzərində müttəfiq olduğu ortaya çıxdı”, - deyə Armen Xaçatryan qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:47 / 31.10.2023
Erməni deputat: “Qarabağ Azərbaycandır, heç kim başqa söz deyə bilməz”
Hazırda oxunan: Erməni deputat: “Qarabağ Azərbaycandır, heç kim başqa söz deyə bilməz”
Hazırda oxunan: Erməni deputat: “Qarabağ Azərbaycandır, heç kim başqa söz deyə bilməz”
162249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.