Dağıstanda BÖHRAN SSENARİSİ – Yəhudilərə qarşı təxribat KİMİN PLANIDIR?

Dağıstanda BÖHRAN SSENARİSİ – Yəhudilərə qarşı təxribat KİMİN PLANIDIR?

Hazırda oxunan: Dağıstanda BÖHRAN SSENARİSİ – Yəhudilərə qarşı təxribat KİMİN PLANIDIR?

162146

Ötən həftə sonu Dağıstanın Mahaçqala hava limanına basqın həyata keçirilib. Bir qrup şəxs yəhudiləri axtarmaq adı altında hava limanına basqın edərək, İsraildən aeroporta enməsi planlaşdırılan təyyarələrin enməsinə əngəl olublar. 

Habelə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Onlar bütün avtomobilləri saxlayaraq axtarış aparıblar. Maraqlıdır ki, həmin an hüquq mühafizə orqanları da prosesə müdaxilə etməyiblər. 

Görəsən, Dağıstanda baş verən bu olayın arxasında kimlər dayanır?

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Mahaçqala olayının arxasında kollektiv Qərb durur: 
 

MÖVZU İLƏ BAĞLI:

Mahaçqaladakı iğtişaşlarda 60 nəfər saxlanıldı


“Qan tökülməsinə çalışırlar ki, qırmızı xətlər keçilsin. 

Bəlli olduğu kimi belə olaylar kənar müdaxilə olmadan baş verə bilməz. Bu böyük siyasətin oyunudur. Gündəmdə olan məsələ dünyada yeni bölgünün aparılmasıdır. Yaxın Şərqdəki son proseslər fonunda görürük ki, dünya müsəlman camiyəsi hərəkətə keçib. Onların etiraz və nifrəti təkcə İsrailə qarşı deyil, ilk növbədə bu etiraz kollektiv Qərbin Təl-Əvivə dəstək verməsinə qarşı yönəlib. 

İsrail tərəfindən qeyri-proporsional gücdən istifadə insanların nifrətinə səbəb olur. Ona görə də bir çox insanlar bu hadisəyə Mahaçqalada olduğu tərzdə öz etirazını bildirirlər.

Əslində belə gedişlər təqdiredici deyil. Şimali Qafqazda yaşayan yəhudilərin heç bir günahı yoxdur. Amma Qəzzada 3500-dən artıq uşaq həlak olub. Bu proseslər də diqqətdən kənarda qalmır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO