Zəfər Günü paradı Xankəndidə KEÇİRİLƏCƏKMİ? – Deputatlardan AÇIQLAMA 

Zəfər Günü paradı Xankəndidə KEÇİRİLƏCƏKMİ? – Deputatlardan AÇIQLAMA 

Hazırda oxunan: Zəfər Günü paradı Xankəndidə KEÇİRİLƏCƏKMİ? – Deputatlardan AÇIQLAMA 

162128

Noyabrın 8-də Azərbaycan xalqı və dövləti 3-cü dəfə şanlı Zəfər Gününü hünərlə və qürurla qeyd edəcək. Bu ilki bayramın tam başqa bir anlamı var. Çünki əvvəlki illərdən fərqli olaraq bu bayram ərəfəsində Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərqərar edib. 

Oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı. Təsadüfi deyil ki, son günlər sosial şəbəkələrdə və KİV-lərdə müzakirələr gedir ki, bu ilki Zəfər Gününə həsr olunacaq hərbi parad Xankəndinin mərkəzi meydanında keçirilsin. Təbii ki, bu, olduqca qürurverici və vacib bir təşəbbüsdür. 

Məsələ ilə bağlı bəzi millət vəkillərinin fikirlərini öyrəndik. Bizim.Media ilə fikirlərini bölüşən millət vəkilləri birmənalı şəklildə bu təşəbbüsü dəstəkləyiblər.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə himnimiz səslənir – VİDEO  


Aydın Hüseynov qeyd edib ki, Zəfər Günü paradının Xankəndində keçirilməsi məntiqəuyğundur:

“Azərbaycan müstəqil ölkədir. Və Azərbaycan höküməti də istənilən mərkəzi şəhərində dövlət tədbiri keçirə bilər. Məsələn, Şuşa son illər bir sıra Beynəlxalq və yerlə əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Hətta Azərbaycanla Türkiyə arasında Strateji Yol Xəritəsi hesab olunan Şuşa Bəyannaməsi də bu şəhərdə imzalanıb. Bu mənada Xankəndidə Zəfər Gününə həsr olunmuş hərbi paradın keçirilməsi tam məntiqə uyğundur. Çünki, bu şəhərin milli-mənəvi tariximizdə xüsusi yeri var. Bu tədbir həm də Azərbaycanın suveren hüquqlarının bütün ərazilərdə bərqərar olmasının təntnəsi və nümayişi olar”.

Razi Nurullayev də belə bir qərarı alqışlayacağını bildirib:

“Əgər cənab Prezident və hökümət Xankəndidə Zəfər Günü ilə bağlı ümumrespublika hərbi paradın keçirilməsi ilə bağlı qərar verəcəksə, biz də təbii ki, bunu alqışlayacağıq, dəstəkləyəcəyik. Ölkə Başçısı nəyin, necə olmasını daha doğru bilir. Ona görə də dövlətin verdiyi qərar bizim üçün də qəbul olunandır və Milli Cəbhə Partiyası olaraq bu qərarı dəstəkləyəcəyik. 

Təbii ki, bütün ərazilərdə Azərbaycan öz suverenliyini bərpa etdiyinə və Xankəndidə ölkəmizin bir parçası olduğuna görə bu şəhərdə hansısa tədbirin keçirilməsi  Azərbaycan dövlətinin müstəsna hüququdur. Biz də bu təşəbbüsü alqışlayırıq. Təki hər zaman Xankəndidən belə xoş xəbərlər eşidək”.

Elman Nəsirov da Zəfər Gününə həsr olunmuş hərbi paradın Xankəndidə keçirilməsinin qürurverici olacağını vurğulayıb:

“Tarixi zəfərimizdən 3 il ötüb. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  yenilməz ordumuz sözün həqiqi mənasında tarix yaratdı. Qarabağın incisi-Şuşa azad edildi. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistanın siyasi rəhbərliyi kapitulyasiya aktına imza atmaq zorunda qaldı. 

Doğrudur, ötən dövrdə bu böyük qələbəni qeyd edirdik. Lakin içimizdə bir nisgil var idi ki, Qarabağın bir hissəsi Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır.

Ən başlıcası Qarabağda Ermənistanın xüsusi diversiya qrupları qalmışdı və onlar özlərinin təxribatlarını davam etdirirdilər. Nəhayət sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri sayəsində Qarabağdakı separatizm yuvası tamamilə məhv edildi və oktyabrın 15-də Azərbaycan bayrağı Xankəndidə ucaldıldı. 

35 ildən sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində suveren hüquqlarımız bərqərar oldu.

Ona görə də bu ilki Zəfər Günü tam fərqli məna kəsb edir. Bu baxımdan Zəfər Gününə həsr olunmuş hərbi paradın Xankəndidə keçirilməsi qürurvericidir, həm də tam məntiqəuyğundur.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO