Lənkəranın mərkəzi küçələri zibildən TƏMİZLƏNMİR? – Sabiq nazirin şikayətinə REAKSİYA 

Lənkəranın mərkəzi küçələri zibildən TƏMİZLƏNMİR? – Sabiq nazirin şikayətinə REAKSİYA 

Hazırda oxunan: Lənkəranın mərkəzi küçələri zibildən TƏMİZLƏNMİR? – Sabiq nazirin şikayətinə REAKSİYA 

162127

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov şəxsi sosial şəbəkə hesabında Lənkəran şəhərinin mərkəzinin çirkli olduğu, Lənkəran Dövlət Dram Teatrının yanında zibillərin yandırılması halı ilə rastlaşdığını bildirib.  

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Lənkəran İH-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qala Xiyabanı küçəsinin zibillənməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər YARADILACAQ – RƏSMİ  


“Aidiyyəti xidmət idarələri tərəfindən bütün şəhər və rayon ərazisində, eləcə də sözügedən ərazidə mütəmadi zibillərin yığılması həyata keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) rayonun bütün ərazisinin səliqə-səhmanına gündəlik fəaliyyət istiqaməti kimi daim ciddi yanaşır və sakinlərimizin rahatlığı üçün bütün mümkün addımları atır.  

Hazırda şəhərin sözügedən küçəsinin bir hissəsində abadlıq-bərpa və təmir işləri həyata keçirilir. Sakinlərimizin istək və arzularına uyğun olaraq Qala Xiyabanı küçəsində sıradan çıxmış üzlüklər sökülərək  yeni mərmər qarışıqlı beton pilitələrlə əvəzlənir.  

Bununla belə, bəzi insanlar tərəfindən şəhərin səliqə-səhmanına riayət olunmaması halları müşahidə edilir.

Sakinlərimizdən və şəhərimizin qonaqlarından xahiş edirik ki, şəhərimizin təmiz və səliqəli saxlanılmasına ciddi şəkildə riayət etsinlər. Xatırladırıq ki, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmağa görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur”. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO