Piter Siyarto: “Macarıstan enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanı ən real mənbə hesab edir”

Piter Siyarto: “Macarıstan enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanı ən real mənbə hesab edir”

Hazırda oxunan: Piter Siyarto: “Macarıstan enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanı ən real mənbə hesab edir”

161690

“Avropanın enerji tədarükü məsələsinə siyasi məsələ kimi baxması təəssüf doğurur. Lakin biz realist olmalıyıq və anlamalıyıq ki, enerjinin təhlükəsiz tədarükü faktiki olaraq fiziki reallıq məsələsidir”. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Tbilisi Beynəlxalq İpək Yolu Forumunun enerji mənbələrinin şaxələndirilməsinə həsr edilmiş panel müzakirəsində Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto deyib. 

Onun sözlərinə görə, Macarıstan etibarlı tədarükçülərlə tərəfdaşlıq qurur və istənilən siyasi təzyiqə baxmayaraq, bu əlaqələrdən imtina etmək niyyətində deyil. 

Macarıstanlı nazir deyib: “Qazı haradan almağınız siyasi bəyanat məsələsi deyil, çünki siz evinizi və ya mənzilinizi siyasi bəyanatla qızdıra, iqtisadiyyatınızı siyasi bəyanatlarla idarə edə bilməzsiniz. Siz qazı əlaqələriniz, infrastrukturunuz, kəməriniz olan yerlərdən almalısınız”. 

Bildirilib ki, Macarıstan daxili iqtisadiyyatında Rusiya enerjisinin payını azaltması üçün Aİ-nin daimi siyasi təzyiqinə və hücumlarına məruz qalır. 

“Enerji mənbələrinin şaxələndirilməsi bizim üçün həyati əhəmiyyət daşıyır. Lakin şaxələndirmənin nə anlama gəldiyini anlamaq çox vacibdir. Bizim üçün şaxələndirmə etibarlı tədarükçüləri yeni tədarükçülərlə əvəzləmək anlamına gəlmir” – deyə, Piter Siyarto vurğulayıb. 

O deyib ki, Macarıstan enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanı ən real mənbələrdən biri hesab edir. Macarıstan enerji təchizatının şaxələndirilməsi üçün yeni real mənbələri nəzərdən keçirir.

Azərbaycan və bu region ən real mənbələrdən biridir. Lakin buradan qaz təchizatını artırmaq üçün biz Cənub-Şərqi Avropa regionunda boru kəmərləri şəbəkəsinin imkanlarını genişləndirməliyik. Aİ açıq şəkildə bildirdi ki, onlar qaz infrastrukturu üçün hər hansı maliyyə yardımı ayırmayacaqlar, çünki bu “kifayət qədər trend” deyil. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO