Rəsmi Berlin niyə səfirini azad edilən bölgələrə göndərməyib? – Politoloqların ŞƏRHİ

Rəsmi Berlin niyə səfirini azad edilən bölgələrə göndərməyib? – Politoloqların ŞƏRHİ

Hazırda oxunan: Rəsmi Berlin niyə səfirini azad edilən bölgələrə göndərməyib? – Politoloqların ŞƏRHİ

16162

“Aydındır ki, səfir özbaşına belə bir qərar verə bilməz. O, göründüyü kimi Berlinin təlimatından çıxış edərək bu mövqeni sərgiləyib. Rəsmi Berlin səfiri o bölgələrə getməyə icazə verməyib. Bunun əsl səbəbi hələ ki, bəlli deyil. Bu cür münasibət Almaniya-Azərbaycan əlaqələrinə də öz mənfi təsirini göstərə bilər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqin ermənilər tərəfindən dağıdılan Ağdama səfərindən imtina etməsi barədə danışarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT Qarabağa niyə qayıtmaq istəyir? - Tofiq Zülfüqarov AÇIQLADI


Bəzi məlumatlara görə, bu iş hər zaman erməniləri dəstəkləyən, ATƏT-in həmsədrlərindən biri olan Fransanın təlimatına uyğun həyata keçirilir. Lakin politoloqun fikrincə, müstəqil siyasət yürüdən Almaniya kiminsə göstərişi ilə hərəkət etməz.

“Fransanın siyasi xətti yanlış da olsa belə, Almaniyanın öz dəsti-xətti var. Mən inanmıram ki, dünyada öz azad siyasi xəttini yürüdən Almaniya kiminsə göstərişi ilə oturub-dursun. Ona qalsa Fransanın səfiri bizim dağıdılmış bölgələrimizdə səfərdə olub”.

Politoloq hazırda Almaniyada antiazərbaycan kampaniyaların aparılması haqqında yayılan xəbərlərdən də danışıb. 

O bildirib ki, Almaniya Azərbaycanla yaxşı münasibətlərini qoruyub saxlamaq istəyirsə, mütləq bu cür halların qarşısını almalı və ölkədə başladılan bu məsələləri nəzarətə götürməlidir. “Bu cür hallar Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla Almaniya arasında olan bütün əlaqələrə öz mənfi təsirini göstərə bilər”.

Azərbaycanın keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov isə mətbuata açıqlamasında Azərbaycan-Almaniya münasibətlərindəki son gərginliyi şərh edərkən bildirib ki, rəsmi Bakı Alman səfiri Volfqanq Maniqin bu cür hərəkətini cavabsız qoymayacaq. 

“Səfir tərəfindən bu imtina böyük bir səhvdir. Hesab edirəm ki, cənab Maniq, ölkəsinin Azərbaycandakı siyasətinə hər hansı bir şəkildə töhfə vermək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”.

Sabiq nazirin sözlərinə görə, rəsmi Bakı bu vəziyyətə adekvat cavab verəcək. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO