Elmar Məmmədyarovdan MÜHÜM AÇIQLAMA – “Brüssel görüşü ona görə ləğv olundu ki...”

Elmar Məmmədyarovdan MÜHÜM AÇIQLAMA – “Brüssel görüşü ona görə ləğv olundu ki...”

Hazırda oxunan: Elmar Məmmədyarovdan MÜHÜM AÇIQLAMA – “Brüssel görüşü ona görə ləğv olundu ki...”

161469

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "APRI Ermənistan" analitik mərkəzinin forumunun iştirakçılarına videomüraciətində bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü baş tutmayacaq. 

Klaarın sözlərinə görə, vaxt az olduğu üçün görüş baş tutmayacaq: 

"Biz Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışırıq. Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, bu, sənəd imzalanması ilə nəticələnəcək".

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel İlham Əliyevlə Nikol Paşinyanın oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəldiklərini bildirib. Klaarın açıqlamasından isə aydın olur ki, görüş ləğv olunub. 

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Brüssel görüşü sırf iş qrafikinə uyğun olmadığı üçün ləğv olunub:

“Yəni iş qrafiki üst-üstə düşmədiyindən görüş baş tutmayacaq. Amma bu görüşün dayandırılması anlamına gəlməməlidir. Proses yəqin ki, davam edəcək”.  

Sabiq nazir bildirir ki, birbaşa danışıqlar sülh üçün daha effektiv metoddur: 

“Azərbaycan rəsmi şəkildə bəyan edib ki, ən yaxşı variant Bakı ilə İrəvanın birbaşa görüşlər keçirməsidir. Gürcüstan da ikitərəfli görüş üçü Tiflisi təklif etmişdi. Hələlik bu məsələyə ermənilər cavab verməyib. Prosesdə üçüncü ölkə iştirak edirsə, istər-istəməz onun da öz marağı olur. Ona görə də Azərbaycanın birbaşa görüş təklifi məntiqi baxımdan daha maraqlıdır”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO