Ceyhun Bayramov: “Ermənistanla sülh müqaviləsi üçün real şanslar var”

Ceyhun Bayramov: “Ermənistanla sülh müqaviləsi üçün real şanslar var”

Hazırda oxunan: Ceyhun Bayramov: “Ermənistanla sülh müqaviləsi üçün real şanslar var”

161345

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir Azərbaycanla nəqliyyat əlaqələrinə yaşıl işıq yandırdı – Reallıq, yoxsa İKİLİ SİYASƏT?


Nazir Ceyhun Bayramov, öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb. 

Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib. 
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO