Xankəndidə separatçılar 6 saatlıq qapalı görüşdə niyə dava salıb? – DETALLAR

Xankəndidə separatçılar 6 saatlıq qapalı görüşdə niyə dava salıb? – DETALLAR

Hazırda oxunan: Xankəndidə separatçılar 6 saatlıq qapalı görüşdə niyə dava salıb? – DETALLAR

161305

Ermənistan mediası Qarabağda ləğv edilən separatçı rejimlə bağlı sirləri yaymağa başlayıb. Belə məlumatlardan biri hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın qondarma rejimin “rəhbərliyindən” “istefa” verməsindən öncə Xankəndidə keçirilən 6 saatlıq qapalı görüşlə bağlıdır.

Bizim.Media xəbər verir ki, “İravunk” nəşri Araik Arutyunyan, separatçıların keçmiş “rəhbərləri” – Arkadi Qukasyan və Bako Saakyan – eləcə də, Samvel Babayanın iştirak etdiyi 6 saatlıq görüşün təfərrüatları ilə bağlı məlumat əldə edib.

“Məlumatlı mənbələrin bildirdiyinə görə, Samvel Babayan həmin vaxt mövcud olan ağır vəziyyətin 30 il ərzində həyata keçirilən talana və korrupsiyaya görə olduğunu deyib. Arkadi Qukasyan da onun əməllərindən danışıb. “Heç olmasa, talançılıqdan danışma, otur yerinə” deyib. Görüşdə qarşıdurma yaşanıb, daha sonra Babayan sakitcə yerinə oturub”, - nəşr qeyd edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO