2020-ci ilin dekabrın 10-da Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səfərlər Protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Aprelin 1-dən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər başlayır - RƏSMİ
Protokol aprelin 1-dən başlayaraq qüvvəyə minəcək. Sənədə əsasən, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasındakı birbaşa səfərlərini pasporta ehtiyac duymadan, sadəcə yeni növ şəxsiyyət vəsiqəsi təqdim edərək edə biləcək.
''Can Azərbaycanla aprelin 1-dən başlayaraq həyata keçəcək yeni tətbiq ölkələrimiz arasındakı “iki dövlət, bir millət” anlayışındakı güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək'',- deyə qeyd edilib.
Bizim.Media