“Bu gün biz Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli çıxışlarını görürük”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Mübarizəmizi davam etdirməli, mövqeyimizi çatdırmalıyıq. Bu gün Azərbaycan ədalətli mövqedədir, ermənilərə qarşı heç bir soyqırım həyata keçirilməyib. “3+3” formatlı görüşdən sonra da Azərbaycana qarşı təzyiqlər artacaq. Azərbaycana qarşı çıxan bir çox ölkələrin özü belə müstəqil deyil.
Nəticədə orada qəbul olunan hər hansı ədalətsiz qərarı təsdiq etmək, yaxud qoşulmaq məcburiyyəti qarşısındadır. Ona görə də hər bir ölkə ilə bağlı fikirləri ortaya qoymalıyıq. Bu gün torpaqlarımızın bütövlüyünü təmin etmişik. Həm daxili auditoriya, həm də beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, onların mütəmadi şəkildə məlumatlandırılması vacibdir” – S.Novruzov bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:38 / 24.10.2023
““3+3” formatından sonra Azərbaycana qarşı təzyiqlər artacaq” - Siyavuş Novruzov
Hazırda oxunan: ““3+3” formatından sonra Azərbaycana qarşı təzyiqlər artacaq” - Siyavuş Novruzov
Hazırda oxunan: ““3+3” formatından sonra Azərbaycana qarşı təzyiqlər artacaq” - Siyavuş Novruzov
161259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.