ABŞ: \

ABŞ: \"Tehran görüşünü alqışlayırıq\"

Hazırda oxunan: ABŞ: \"Tehran görüşünü alqışlayırıq\"

161229

ABŞ Dövlət Departamenti "3+3" formatı çərçivəsində Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin Tehranda keçirilən görüşünü alqışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə departamentin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə danışıb.

O, qeyd edib ki, ABŞ harada keçirilməsindən asılı olmayaraq, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyi hədəfləyən istənilən görüşü alqışlayır.

“Biz bu danışıqların harada keçirilməsindən və ya ona kimin ev sahibliyi etməsindən asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən istənilən xoşniyyətli iştirakı alqışlayırıq. 

Yeri gəlmişkən, biz İran və Rusiya ilə əlaqədar Cənubi Qafqazın həssas coğrafi mövqeyini tanıyırıq, lakin biz bu ölkələri etibarlı tərəfdaş kimi görmürük”, - deyə Miller vurğulayıb.

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO