Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair birgə BƏYANAT qəbul olunub

Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair birgə BƏYANAT qəbul olunub

Hazırda oxunan: Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair birgə BƏYANAT qəbul olunub

161200

Xəbər verdiyimiz kimi Tehranda İran, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə "3+3" formatı çərçivəsində iclas keçirilib. 

Bizim.Media xəbər verir ki, 3+3” əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair birgə bəyanat qəbul edilib. 

“Xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar. 

Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər”, - deyə bəyanatda qeyd edilib. 
Sənəddə, həmçinin regionun ən mühüm məsələləri müzakirə edilib, ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti qeyd olunub. 

Eyni zamanda növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəlinib. 

Bəyanat İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyənin xarici işlər nazirləri adından dərc olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO