Azərbaycan və Türkiyənin ORTAQ TƏLİMİ – “Ermənistan ibrət almalıdır ki...” 

Azərbaycan və Türkiyənin ORTAQ TƏLİMİ – “Ermənistan ibrət almalıdır ki...” 

Hazırda oxunan: Azərbaycan və Türkiyənin ORTAQ TƏLİMİ – “Ermənistan ibrət almalıdır ki...” 

161144

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.

Yaxın Şərqdə hadisələrin alovlandığı bir vaxtda sözügedən təlimin əhəmiyyəti nədir?

Hərbi ekspert Ədalət Verdiyev mövzunu Bizim.Media-ya şərh edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin PLANI


Ekspert qeyd edib ki, bu təlimin əsas mahiyyəti iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsinin ərazidə tətbiqindən ibarətdir: 

“Yaxın Şərqdəki hadisələrin fonunda baş verən bu təlimlər əvvəlcədən planlaşdırılan qrafikə uyğun olaraq həyata keçirilir. Sözügedən təlimlər iki ölkə qoşunları arasında uzlaşdırılmış fəaliyyətlərin həyata keçirilməsi üçün münbit şərait yaradır. 

Digər tərəfdən isə bu təlimlər havadan, qurudan, sudan Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin real döyüş imkanlarını dünyaya nümayiş etdirir. Üçtərəfli bəyanatda üzərinə düşən öhdəlikləri yerinə yetirməyən Ermənistan öz müttəfiqləri ilə birgə bu təlimlərdən özü üçün ibrət almalıdır”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO