Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO  

Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO  

Hazırda oxunan: Səmərqənddə TDT-nin rəsmiləri regiondakı vəziyyəti müzakirə etdilər – FOTO  

161107

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Təhlükəsizlik Şurasının katibləri regiondakı və dünyadakı təhlükəsizlik şəraitini və son hadisələri müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində TDT Təhlükəsizlik Şurası katiblərinin 2-ci iclası keçirilib. 

Toplantıda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov təmsil edib. 

İclasda təşkilata üzv ölkələrdə həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə danışılıb. Tərəflər TDT ölkələrini hədəf alan mövcud təhlükəsizlik təhdidləri və çağırışları ilə yanaşı, bəzi regional və beynəlxalq məsələlərin türk dünyasına ehtimal edilən təsirlərini detallı şəkildə müzakirə ediblər. 
İclasda qurumun qəbul etdiyi qərarların həyata keçirilməsi üçün İşçi qrupun yaradılması və “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəliblər. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO